Elektrik mühəndisi tələb olunur

Elektrik mühəndisi tələb olunur
Maaş: 1 500 AZN
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Şirkətin adı: Konfirom MMC
Fəaliyyət sahəsi: Sənaye və istehsalat
İxtisas: Mühəndis
İşin növü: Daimi iş
Şəhər: Bakı
Məzmun:
İş barədə məlumat
- İş yeri Badamdar
- “İnvertor” sistemilə işləyən istehsalat avadanlıqlarının təmiri və diaqnostikası
- Avadanlığın motoru ilə “İnvertor” sistemi arasında əlaqənin tənzimlənməsi
- Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanmasında iştirak, modul və komponent səviyyəsində təmiri
- Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması
- Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparılması və onların təmir edilməsi
- İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması
- PLS sistemləri və monitorların təmirini edə bilmək
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət
- Təcrübə: 3-5 il
- İş qrafiki: 6 günlük
- Nahar və geyim ilə təmin olunma
- Tam rəsmiləşdirilmiş qaydada əmək müqaviləsi
Namizədə tələblər
- Cinsi: Kişi
- Yaş: 25-50
- Elektrik sahəsində təhsil və ən azı 3 il iş təcrübəsi
- Operativ və nizam-intizamlı olmaq
- Məsuliyyətli və komandada işləmək bacarığı
- Avtomatik idarə etmə sistemlərini bilməli
- İstehsal Aparatlarının təmiri , quraşdırılması
- Elektrik avadanlıqlarının təmiri , istismarı və elektrik montaj işlərinin icrasını həyata keçirmək
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək
- Avadanlıqlarda planlı təmir işlərini icra etmək, fasiləsiz iş rejimini təmin etmək
- Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsndə işləmə qabiliyyətində olmasını təmin etmək
- Avadanlığın texniki xidmət və təmirini, istismarın yaxşılaşdırılması, brak və boş dayanmaların qarşısının alınmasın, iş keyfiyyətinin artırılması istiqamətində çalışmaq
Vakansiyalar
- 6 saat, 55 dəq
- 7 saat, 41 dəq
- 8 saat, 19 dəq
- 9 saat, 6 dəq
- 9 saat, 7 dəq