Dövlət bankında yeni vakansiyalar
ABB-də (Azərbaycan Beynəlxalq Bankı Bakı ) qeyd olunan vakansiyalar mövcuddur:
1. Vakansiya – İpoteka satışları üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis (Birbaşa satışlar) – Linkə daxil olub birbaşa müraciər edə bilərsiniz.
İş haqqında
Görəcəyiniz işlər:
-Sahə üzrə bazar analizi etmək;
-İpoteka müraciətlərini ilkin analiz etmək;
-İpoteka müraciətlərini operativ cavablandırmaq;
-Qoyulan satış hədəflərinin icrası;
-Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
-Hesabatların hazırlanması;
-Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilə;
-Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;
-Təqdimat bacarığı olan;
-İpoteka haqqında qanundan ilkin anlayışları olan;
-Mülki məcəllədən ilkin anlayışları olan;
-Banklar haqqında qanundan ilkin anlayışları olan;
-Xarici diı biliklərinə;
-Yaradıcı və innovativ;
-Satış bacarığı olan;
-Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
-Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
2. Vakansiya –Ekvayrinq layihələrinin idarə edilməsi üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis – Linkə daxil olub birbaşa müraciər edə bilərsiniz.
Görəcəyiniz işlər:
-Yeni layihə üzrə tələbləri müəyyən etmək və təhlil aparmaq;
-Layihələr üzrə beynəlxalq ödəniş sistemləri və prosessing mərkəzi ilə işlər aparmaq;
-Mütəmadi olaraq bazarı təhlil etmək, optimalllaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflər hazırlamaq;
-Layihəyə aid inzibati işlərin aparılmasında iştirak etmək, departamentin rəhbərliyinin tapşırıqları əsasında departamentin və şöbənin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra etmək.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
-Layihələrin idarə edilməsi üzrə təcrübəsi olan;
-MS Office proqramlarında işləmək bacarığı olan;
-Analitik düşünmə və təhlil bacarığı olan;
-Komandada işləmək bacarığı olan;
-Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
3. Vakansiya –Təlim və inkişaf şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi – Linkə daxil olub birbaşa müraciər edə bilərsiniz.
Görəcəyiniz işlər:
-Təlim və inkişaf prosesinin təşkili;
-Sorğuların keçirilməsinin təşkili;
-Kompetensiyaların digər inkişaf metodlarının tətbiqi;
-Kompetensiyaların qiymətləndirilməsi;
-Karyera inkişaf xəritələri ilə işin təşkili;
-Fərdi inkişaf planlarının yaradılması;
-Davamçıların hazırlanması üzrə işlər;
-Öyrənmə və inkişaf portalında (LMS) işin təşkili və mütəmadi təkmilləşdirilməsi;
-ABB Təcrübə proqramının təkmilləşdirilməsi və təşkili;
Əməkdaşlar arasında daxili məmnuniyyət sorğusu (Employee Engagement) ilə bağlı işlərin yerinə yetirilməsi və s.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli olmalı;
-Sahə üzrə 2 il təcrübəsi olmalı;
-İngilis (vacib) və rus (üstünlük) dillərini bilməli;
-MS office proqramlarında işləmə bacarıqları olmalı;
-Effektiv ünsiyyət qurmağı bacarmalı;
-Təşkilatçılıq bacarığı yüksək olmalıdır.
4. Vakansiya –Daxili kommunikasiya şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi (Kopirayter) – Linklərə daxil olub birbaşa müraciər edə bilərsiniz.
Görəcəyiniz işlər:
-Bankdaxili xəbərlərin yazılması;
-Müxtəlif mövzularda mətnlərin hazırlanması;
-Videossenarilərin yazılması və onların çəkilişlərinin təşkil olunması;
-Bankın daxili şəbəkəsinin (intranet) kontentinin idarə edilməsi və aylıq korporativ jurnalın hazırlanması;
-Müxtəlif təqdimat və hesabatların hazırlanması;
-Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi;
-Bankdaxili tədbirlərin və layihələrin təşkil olunması.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli;
-Azərbaycan dili biliyi əla, rus və ingilis dili biliklərinin olması əlavə üstünlükdür;
-Yaradıcı, kreativ, innovativ;
-Təqdimat bacarığı olan;
-Səlis yazılı və şifahi nitq qabiliyyəti; -Ünsiyyət və problem həll etmə bacarığı olan namizəddir.
Vakansiyalar
-
2 ay, 2 həftə, 23 saat, 44 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 39 dəq
- 7 ay, 2 həftə, 4 gün, 2 saat, 32 dəq
- 10 ay, 3 həftə, 1 gün, 21 saat, 17 dəq
-
11 ay, 3 gün, 16 saat, 48 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır