Dövlət agentliyinə arxivçi tələb olunur

Mütəxəssis


İşəgötürən – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə – Arxivçi – Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi

Biz nə təklif edirik:

-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

-Karyera irəliləyişlərində yaradılan şərait;

-Rəqabətədavamlı əmək haqqı;

-İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

-Agentlikdə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu və arxiv haqqında digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada arxiv işinin təşkil edilməsi;

-işlərin formalaşdırılması və Agentliyin arxivinə təhvil verilməsi üçün hazırlanması;

-Agentliyin fəaliyyəti nəticəsində yaranan sənədlərin elmi, tarixi və əməli əhəmiyyətinin və saxlanma müddətlərinin müəyyən edilməsi, həmçinin onların saxlanılması, müəyyən müddətdən sonra Milli Arxiv Fonduna təhvil verilməsi və ya seçilib məhv edilməsi; 

-Agentliyin  fəaliyyəti nəticəsində yaranmış sənədlər üzrə iş nomenklaturalarının tərtib edilməsi; 

-Sənədlərin mühafizə edilməsi, komplektləşdirilməsi, uçotunun aparılması və dövlət mühafizəsinə təhvil verilməsi;

-Arxiv üzrə sənədlərin cildlənməsi və arxiv kitabının formalaşdırılması;

-Agentlikdə aparılan arxiv işinin təhlil edilməsi və dövri hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

-Ali təhsil;

-Arxiv işi sahəsində minimum 2 il iş təcrübəsi;

-Korporativ ünsiyyət qabiliyyəti;

-Operativlik və problemləri həll etmək bacarığı;

-Məsuliyyətli və intizamlı;

-Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);

-MS Office (Word, Excel, Outlook, PowerPoint) elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı.

Əlavə məlumatlar:

-İş qrafiki: 5 günlük iş həftəsi;

-İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

Vakansiyaya son müraciət tarixi: 27.11.2022-ci il;

-CV-lər e-mail ünvanına göndərilməlidir;

-Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

-Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]