Dezinfeksiya şirkətinə anbardar tələb olunur

Anbardar


İşəgötürən – Ecomedi

Vəzifə – Anbardar

Vəzifə öhdəlikləri:

-İstehsal anbarına daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək

-Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq

-Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək

-Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq

Əsas tələblər:

-Ali təhsil;

-Azərbaycan dilində mükəmməl, rus dilini orta səviyyədə bilmək;

-Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək;

-AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;

-1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında əla səviyyədə işləmək bacarağı;

-Analitik təhlil bacarığı;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

-Səhiyyə Sanitar sahəsində tecrübəli olması üstünlükdür.

-İş təcrübəsi 5-10 il 

İş şərtləri:

-İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar; 

-Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;

-Əmək haqqı 600.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” qeyd edərək e-mail adresinə [email protected] göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi 13.11.2022

Şirkət haqqında

“Ecomedi” dezinfeksiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biridir.

“Ecomedi” MMC qapalı və açıq məkanlarda dezinfeksiya, deratizasiya və dezinseksiya kimi geniş spektrli sanitar-epidemioloji xidmətlər göstərir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]