Dərs Evi mühasibatlıq şöbəsində təcrübəçi axtarır

Mühasib


İşəgötürən: Dərs Evi

Vakansiya: Mühasibatlıq şöbəsində təcrübəçi

Son tarix: 01 iyun 2022

Mühasibatlıq şöbəsi daxilində müxtəlif texniki tapşırıqları icra edəcək və gündəlik fəaliyyəti dəstəkləyəcək, eyni zamanda davamlı olaraq öyrənməkdə və karyerasını mühasibatlıq istiqaməti üzrə qurmaqda istəkli və həvəsli olan komanda üzvü axtarışındayıq.

Tələblərimiz:

-Müvafiq sahə üzrə bakalavr təhsili  

-Mühasibat uçotu üzrə ilkin biliklərin olması arzu olunandır 

-Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı  

-1C proqramı üzrə ən azı baza biliklərin olması arzuolunandır 

-Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür)

-Məsuliyyət, düzgünlük, dəqiqlilik, etibarlılıq və analitik düşüncə kimi müsbət keyfiyyətlər

Əsas öhdəliklər:

-Vergi və mühasibat uçotunun aparılması; 

-Satış əməliyyatlarının ilkin məlumatlara əsasən yoxlanılması; 

-Əməliyyatların 1C proqramında işlənməsi; 

-Vergi elektron Qaimələrin yazılması; 

-Bank və kassa əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi; 

-Anbar qalıqlarının yoxlanılması; 

-Baş mühasib tərəfindən təyin edilən digər tapşırıqların icrası.

İş şəraiti:

-İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 10:00-19:00

-AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə

-İl ərzində 21 gün ödənişli məzuniyyət hüququ

-Əmək haqqı 350 manat (NET)

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “Mühasibatlıq şöbəsində təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.  

Son tarix – 31 may 2022-ci il. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]