Deniz Service LLC baş mühasib axtarır
İşəgötürən: Deniz Service LLC
Vakansiya: Baş mühasib
Son tarix: 18 noyabr 2022
İş barədə məlumat:
-Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar.
-Vergi orqanları ilə yazışmalar
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
-E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
-Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
-DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
-Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsini nəzarət altında saxlamaq
-Avans ödənişləri və onların YGB ilə bəyan edilməsini nəzarət altında saxlamaq
-Müəssisənin debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi
-Bütün növ mühasibat əməliyyatlarının 1C ( (8.3) mühasibatlıq proqramına daxil edilməsi
-Bank ödəniş tapşırıqlarının hazırlanması
-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
Namizədə tələblər:
-Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
-Tələblər: Topdan Satış sahəsində ən azı 5 il iş təcrübəsi
-Dil bilikləri: Azərbaycan ,Rus, Ingilis dili
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] e-mail ünvanına mövzu yerində “Baş mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.
Vakansiyalar
-
16 saat, 10 dəq
SweetySpin login w Polsce – krok po kroku, bonusy i bezpieczeństwo
- 16 saat, 10 dəq
-
16 saat, 10 dəq
Roulettino – recenzja kasyna, bonus powitalny, metody płatności i aplikacja mobilna
-
16 saat, 10 dəq
Realz Casino PL – bonus powitalny, warunki obrotu i szczegóły
-
16 saat, 10 dəq
Chicken Road Game Account Verification Guide for Filipino Players