“Deniz Service” baş mühasib axtarır

Mühasib


İşəgötürən – Deniz Service LLC

Vəzifə – Baş mühasib

İş barədə məlumat:

-Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar.

-Vergi orqanları ilə yazışmalar

-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi

-E-Qaimə fakturalarının, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması

-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək

-Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi

-DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi

-Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi

-Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsini nəzarət altında saxlamaq

-Avans ödənişləri və onların YGB ilə bəyan edilməsini nəzarət altında saxlamaq

-Müəssisənin debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi

-Bütün növ mühasibat əməliyyatlarının 1C ( (8.3) mühasibatlıq proqramına daxil edilməsi

-Bank ödəniş tapşırıqlarının hazırlanması

-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə

Namizədə tələblər:

-Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)

-Tələblər: Topdan Satış sahəsində ən azı 5 il iş təcrübəsi

-Dil bilikləri: Azərbaycan ,Rus, Ingilis  dili

-İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına [email protected]

 mövzu yerində “Baş mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]