“CRM üzrə mütəxəssisi” tələb olunur
Neptun Supermarketlər Şəbəkəsi “CRM üzrə mütəxəssisi” vakansiyasını elan edib.
Tələblər:
– Ali təhsil;
– Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
– CRM sahəsində 1-3 illik təcrübə;
– SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
– Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
– CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
– Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
Vəzifələr:
– Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
– Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
– Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
-“Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
-CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
– CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana vakansiyanın adını qeyd edərək təqdim edə bilərlər.
Vakansiyalar
-
3 gün, 9 saat, 25 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 8 saat, 17 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 8 saat, 51 dəq
- 6 gün, 2 saat, 57 dəq
- 6 gün, 22 saat, 11 dəq