Caspos MMC proqram təminatı satışı üzrə baş mütəxəssis axtarır
İşəgötürən: Caspos MMC
Vakansiya: Proqram Təminatı Satışı üzrə Baş Mütəxəssis
Son tarix: 04 sentyabr 2022
Struktur hissəsi: Satış Şöbəsi
Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru
Məsuliyyət və vəzifələr:
-Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
-Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
-Cəmiyyətin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
-Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir.
-Malların müştəriyə çatdırılmasını təmin edir;
-Müqavilələrin icrası ilə bağlı müştəri rəylərinin uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
-Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
-Müştəri barədə daxil olan bütün informasiyaları proqram məhsuluna qeyd edir;
-Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
-Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
-Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.
Tələblər:
-Ali təhsil
-Şirkətin məhsullarını müştərilərə təqdim etmək
-Yenilikçi və satışla bağlı yeni fikirlər bildirmək
-Restoran və marketinq proqramlarını mükəmməl bilməli
-Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
-Proqram təminatlarının işləməsinə nəzarət edilməsi
-Kompüterlə işləmək bacarığı
-Analitik düşünmə qabiliyyəti
-Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
-1-3 ildən az olmayaraq əmək stajı
Fərdi keyfiyyətlər:
-Satış etmə qabiliyyəti,
-Təşkilatçılıq, Aktivlik, çeviklik, ünsiyyətçillik
-Geniş dünya görüşü və ələqələndirmə bacarığı
-Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
-Məsuliyyət hissi
-Diqqətlilik
Məşğulluq:
-Tam
-Əmək haqqı razılaşma;
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək,
-Şənbə- bazar istirahət günləri.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
11 saat, 7 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
12 saat, 3 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 8 saat, 45 dəq
- 2 gün, 8 saat, 48 dəq
- 2 gün, 9 saat, 24 dəq