Carlsberg Azerbaijan top-menecer assistenti/ səfərlər üzrə koordinator axtarır

Koordinator


İşəgötürən: Carlsberg Azerbaijan

Vakansiya: Top-menecer assistenti/ Səfərlər üzrə koordinator

Son tarix: 10 sentyabr 2022

İş şəraiti: 

Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).

İş qrafiki: 08:00-17:00, 5 gün

Ünvan: Xırdalan ş., Şamaxı şosesi

Əsas vəzifə öhdəlikləri:

-Baş direktorun və top-menecerlərin təqviminin aparılması;

-Baş direktor və top-menecerlərdən tələb olunan hesabatların hazırlanması;

-Baş direktorun imzalaması üçün sənədlərin hazırlanması;

-Daxili və xarici görüşlərin təşkili;

-Şirkətdə keçirilən müxtəlif tədbirlərin təşkilində köməklik göstərilməsi;

-Şirkət əməkdaşlarının ezamiyyətlərinin təşkili (aviabiletllərin, otelin və transferin bron olunması);

-Ezamiyyə büdcəsinin aparılması və lazımi analitik hesabatların təqdim olunması;

-Baş direktorun iştirakı ilə keçirilən iclasların protokollarının aparılması;

-Rəhbərliyin tapşırığı ilə məktubların, sorğuların və digər sənədlərin tərtib olunması;

-Danışıqlarda, işgüzar görüşlərdə iştirak

Namizədlərə tələblər:

-Ali təhsil

-Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi

-Azərbaycan, rus və ingilis dili bilikləri sərbəst səviyyədə 

-Təşkilati bacarıqlar və yüksək səviyyədə ünsiyyət qurma bacarığı

-Təcrübəli MS Office istifadəçisi  

Bilik və bacarıqlar:

-Tapşırıqların icra prioritetinin, ardıcıllığının müəyyən edilməsi bacarığı;

-Rəhbərliyin cari tapşırıqlarının təhlili bacarığı;

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]