“Çağrı Mərkəzinin rəhbəri”  tələb olunur

Operator


İş elanını dərc edən –  Gravity Inc.

Vakansiya – “Çağrı Mərkəzinin rəhbəri” 

Əmək haqqı: 600 AZN

İş qrafiki: 6 gün

Namizədə tələblər:

-Yaş aralığı: 25-30

-Təhsil: Ali təhsil

-Müəyyən olunmuş nəzarət mexanizmlərini tətbiq etmək bacarığı;

-Qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;

-İşçilərin iş yükünün planlaşdırılması, nəzarəti, gündəlik hədəf və keyfiyyət göstəricilərinə görə işləməllərinin təmin edilməsi;

-MS Office proqramlarından mükəmməl istifadə etmə bacarığı;

-Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;

-Kollektivdə işləmək qabiliyyəti, idarəetmə, dinləmə, şəxsiyyətlərarası ünsiyyət, inandırma və münaqişələrin həlli bacarıqları;

-Müvafiq sahə üzrə minimum 3 il peşəkar təcrübə;

-Yalnız xanım namizədlər.

Vəzifə öhdəlikləri:

-Çağrı mərkəzinin və işçi heyətinin işinin düzgün, effektiv və tələblərə uyğun qaydada təşkil və idarə olunması;

-Çağrı mərkəzi operatorlarının iş yükünün planlaşdırılması və nəzarəti;

-Çağrı mərkəzinin effektiv işinin təmin edilməsi;

-Təqdim olunan iştirakçı bazasını/siyahısını fərdi hədəflərinə uyğun olaraq qrup daxilində bölüşdürülməsini və daxili sistemə əlavə olunmasını təmin etmək;

-Prioritetləri müəyyən edərək düzgün iş bölgüsünün aparılması;

-İştirakçılara ehtiyac olduqda zənglərin edilməsində iştirak etmək, iştirakçılar tərəfindən verilən sualların tam şəkildə və dolğun cavablandırması;

-İştirakçıların təklif və iradlarının, həmçinin gündəlik, həftəlik və aylıq statistik hesabatların rəhbərliyə təqdim edilməsi;

-Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi;

-Şirkətin daxili intizam, etik davranış, məxfi məlumatların açıqlanmaması və digər qaydalara riayət olunması.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına [email protected] göndərmələri və mövzu hissəsində mütləq “Çağrı Mərkəzinin rəhbəri” qeyd etmələri xahiş olunur.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Elanın son tarixi – 13.03.2023

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]