Çağrı mərkəzi üzrə agent tələb olunur
“Azərbaycan Supermarket” MMC Çağrı mərkəzi üzrə agent vakansiyasını elan edib. Aşağıda pozisiya barədə daha ətraflı məlumatlarla tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
– Zəng, e-mail və “Whatsapp” mesajlarının cavablandırılması
– Telefon, e-mail və “Whatsapp” vasitəsilə göndərilən müştəri sorğularına baxılması
– Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
– Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
– Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
– Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
– Mövcud müştəri məlumatlarının yenilənməsi
-Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
– Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
-Zənglərin müvafiq resurslara yönləndirilməsi
– Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi.
Namizədə dair tələblər:
– Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
– Azərbaycan dili icbaridir, Rus və ya İngilis dillərin birində səlist ünsiyyət bacarığına malik olmaq.
-“Microsoft Office” proqramları, Outlook istifadəçisi.
– Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
-Dinləmə qabiliyyəti.
-Problemlərin təhlili və həlli bacarıqları.
– Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
– Təşkilati bacarıqlar.
– Detallara qarşı diqqətli.
– Komanda şəklində işləmə bacarığı.
– Stressə davamlılıq.
– Qüsursuz və aydın nitq.
İş şəraiti:
– Növbəli iş
Maraqlanan namizədlər [email protected] email ünvanına “Çağrı mərkəzi üzrə agent” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 6 saat, 44 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 36 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 10 dəq
- 5 gün, 16 dəq
- 5 gün, 19 saat, 30 dəq