Buta Supply satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Buta Supply
Vakansiya: Satınalma üzrə mütəxəssis
Son tarix: 22 may 2022
Vəzifə öhdəlikləri:
-Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
-Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
-Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
-Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
-Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
-Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
-Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
-Ali təhsil
-Qadın namizəd (22-35 yaş aralığı)
-Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı;
-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
-İngilis və rus dili biliyi ( mütləqdir);
Əlavə məlumat:
-Əmək haqqı:700-800 azn;
-İş qrafiki: I-V gün 09:00-17:00, VI gün 10:00-14:00, bazar-istirahət günü.
-İş yeri: Bakı şəhəri
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Şirkət tərəfindən təmin edilir:
-korporativ nömrə;
-ezamiyyə xərcləri;
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazıb cv.recruit[email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 2 saat
- 2 gün, 2 saat, 2 dəq
- 2 gün, 2 saat, 4 dəq
- 2 gün, 2 saat, 7 dəq
- 2 gün, 2 saat, 11 dəq