Buta Group mühasib axtarır
İşəgötürən: Buta Group
Vakansiya: Mühasib
Son tarix: 09 oktyabr 2022
İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 1200-1500 NET
Vəzifə öhdəlikləri:
-Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanması və uçotunda iştirak edir, rəsmiləşdirilməsi üçün təqdim edir;
-Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılmasını icra edir;
-Əsas vəsaitlərin uçotunun aparılmasında iştirak edir;
-İstehsal xərclərinin uçotunun aparılmasını icra edir;
-Müəssisə balansının hazırlanmasında iştirak edir;
-Rəhbərliyin və dövlət orqanlarının tələblərinə uyğun olaraq hesabatların hazırlanmasını və müvafiq qaydada təqdim edilməsini icra edir;
-İnventarizasiya işinin təşkili və prosesdə iştirak edir;
-Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qaimələri, aktları tərtib edir;
-Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
-Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
-Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
-Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
-Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işləyir;
-İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
-Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
-Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
-Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır.
Təhsil və iş təcrübəsi:
-Maliyyə, mühasibatlıq iqtisadiyyat üzrə təhsil;
-Minimum 3 il mühasib vəzifəsi üzrə təcrübə.
Bacarıq və səriştələr:
-Komandada işləmək bacarığı;
-Məsuliyyətlilik;
-1 C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı (logo unity əlavə üstünlük hesab olunacaq)
-Ms. Office programları, Excell yüksək səviyyədə.
Təminatlar: Telefon limiti
Bilməlidir:
-Mühasibatlıq və uçot
-Vergi və əmək qanunvericiliyinin əsaslarını;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Mühasib” qeyd etməyi unutmayın.
Vakansiyalar
-
2 ay, 1 həftə, 6 gün, 4 saat, 54 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 2 gün, 5 saat, 49 dəq
- 7 ay, 2 həftə, 2 gün, 7 saat, 42 dəq
- 10 ay, 3 həftə, 2 saat, 27 dəq
-
11 ay, 1 gün, 21 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır