Business Accounting mühasib axtarır
İşəgötürən: Business Accounting
Vakansiya: Mühasib
Son tarix: 27 avqust 2022
-Ərazi: Bakı
-Staj: 1-3 il
-Yaş: 26 — 40 yaş
-Təhsil: Ali təhsil (bakalavr)
İş barədə məlumat:
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
-Kassa əməliyyatlarının yerinə yetirilməsi.
-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
-E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
-Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi;
-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
-Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
-Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Əsas tələblər:
-Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
-Tibb sahəsində təcrübəsi olan mühasiblərə üstünlük verilir.
-Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
-1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
-İş qrafiki: Həftənin 6 günü ( Həftə içi 09:00-dan 17:00 -dək, 6 -cı gün saat 09:00 dan 15:00 – dək) istirahət günü: bazar.
-Əmək haqqı: 600-800 AZN (+bonuslar)
-Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib” qeyd edərək və [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 gün, 22 saat, 54 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 23 saat, 28 dəq
- 2 gün, 17 saat, 34 dəq
- 3 gün, 12 saat, 48 dəq