“BSC Group” insan resursları üzrə mütəxəssis axtarır

Mütəxəssis


“Business Service Centre” MMC İnsan resursları üzrə mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə) vəzifəsi üzrə vakansiya elan edib.

Əmək haqqı: 800-1200 AZN

Namizədə dair tələblər:
– Ali təhsil;

– İnsan resursları/hüquq  sahəsində ən azı 3 il iş təcrübəsi;

– AR Əmək Məcəlləsinin müddəalarını əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;

– Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;

– MS Office, 1 C proqramında işləmək bacarığı.

– Güclü ünsiyyət və danışıq qabiliyyəti;

– Komandada işləmək bacarığı;
Vəzifə və öhdəlikləri
– Xidmət göstərilən müəssisələrin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
-Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması; • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi;• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması;• Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasının təmin edilməsi.• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi;•İş vaxtının uçotu cədvəllərinin tərtib edilməsi.
– Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair  sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda öz razılığını ifadə edir;• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri  zamanı məsələrin  həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;

İş rejimi:
-6 günlük iş həftəsi ( həftəiçi günlər 09:00-18:00, şənbə günləri 09:00-13:00)

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini   [email protected]   elektron ünvanına Subject/Mövzu hissəsində  “İnsan Resursları üzrə Mütəxəssis”  qeyd etməklə göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]