Bravo qiymət monitorinqi üzrə assistent axtarır

Direktor/asistent

bravo


İşəgötürən: Azerbaijan Supermarket şirkəti (Bravi)
Vakansiya: Qiymət monitorinqi üzrə assistent
Müddət: 2022-04-04 – 2022-05-04
Şəhər: Bakı

Şöbə: Müştəri Münasibətlərinin idarə olunması və Data Analitikası
Məkan: Baş Ofis
Vəzifə Öhdəlikləri:
Daxil olan bütün məlumatların işlənməsi və təhlili, gündəlik və həftəlik hesabatların hazırlanması;
Qiymət araşdırmasının dəqiq və vaxtında aparılması;
Nəticələrin dəqiq və vaxtında təqdim edilməsi;
Yeni məhsul imkanlarının müəyyən edilməsi;
Yeni rəqabətin müəyyən edilməsi (mövcud rəqiblərin yeni mağazaları və ya yeni bazar oyunçuları).
Tələb olunan keyfiyyətlər:
Dəqiqliyə və təfərrüata ciddi riayət etmək;
Problemin həllinə analitik yanaşma və kreativlik;
Lazımi hallarda, dəyişiklikləri dəstəkləmək və onları təşviq etmək;
Baza kompüter biliklərinə sahib olmaq;
Detallara diqqət yetirmək;
Prosesləri və prosedurları dəqiq şəkildə izləmək bacarığı;
Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları;
Yaxşı komanda oyunçusu olmaq;
Yüksək motivasiyaya malik olmaq;
İşə qarşı təmkinli, peşəkar davranış və yanaşma;
Sadiq və etibarlı, nəzarətsiz işləməyi bacaran;
Orta fiziki aktivlik. Gündə altı (6) saatdan çox gəzə bilmək bacarığı;
İş şəraitinə müəyyən təhlükələrə və ya fiziki risklərə məruz qalma daxil olduğundan, əsas təhlükəsizlik tədbirlərinin izlənilməsi tələb olunur.
Maraqlanan namizədlər “Qiymət monitorinqi üzrə assistent” başlığı ilə [email protected] email ünvanına müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]