Şirkətə “Maliyyə direktoru” tələb olunur – 2500 MANAT MAAŞ
Direktor/asistent

"C and S Group" şirkəti “Maliyyə direktoru” vakansiyasını elan edib: İş barədə məlumat: -Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili; -Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı; -Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması; -Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək; -Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi; -Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi; -Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması; -Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasına, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik; - Eyni zamanda vergi, DSMF, statistika, məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək; - Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək; - Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək və mühasibatlıq uçotuna dair digər praktik biliklər; -AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; - İş saatları həftə içi 09:00-18:00, nahar vaxtı 13:00-14:00; -Əmək haqqı; 2000-2500 AZN. Namizədə tələblər - Maliyyə sahəsi üzrə ali təhsil; - Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı; - Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq; - MS Office sərbəst işləmək bacarığı; - Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; - Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti; - Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək; - Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır; - Xanım namizədlərə üstünlük veriləcəkdir; -Yaş həddi 30 – 40; - Şirkət daxili nizam-intizam qaydalarına riayət etməlidir. Maraqlanan namizədlərdən cv-lərini “maliyyə direktoru” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur "C and S Group" Zarifa Aliyeva 55, Yeni Hayat Plaza; Phone: (012) 599 12 15 Mob: (050) 337 28 29
Vakansiyalar
- 2 gün, 18 saat, 4 dəq
- 2 gün, 18 saat, 6 dəq
- 2 gün, 18 saat, 8 dəq
- 2 gün, 18 saat, 10 dəq
- 2 gün, 18 saat, 12 dəq