Direktor köməkçisi tələb olunur

Direktor/asistent


Mr.Fix şirkətində hal hazırda aktiv olan vakansiyanı nəzərinizə çatdırıram.

Vəzifə-Direktor köməkçisi

Vəzifə öhdəlikləri:
-Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
-Direktorun tədbirlərdə, seminarlarda və s. iştirakı zamanı onun çıxışını hazırlamaq;
-Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;              
-Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
-Direktorunun tapşırığı ilə Şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Şirkətin Baş Direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
-Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
-Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Direktora məlumat vermək;
-Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi.

Namizədə tələblər:
-Ali təhsil (Biznesin idarə edilməsi və ya iqtisadi sahədə ali təhsil);
-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
-Dil bilikləri: İngilis və Rus dilini mükəmməl səviyyədə bilməli;
-Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
-Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
-Təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı.

Təminatlar:
-Nahar müəssisə tərəfindən qarşlanır;
-Korporativ mobil nömrə.

-İş rejimi: 6 günlük iş qrafiki

-İş yeri: Xətai pr 43a (Şərq bazarının yanı)

Vəzifə üzrə uyğun namizədlər, zəhmət olmasa CV-lərinizi ” Direktor köməkçisi ” başlığı ilə [email protected] ünvanına göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]