Direktor köməkçisi tələb olunur

Direktor/asistent


İşəgötürən – Army Group

İş barədə məlumat:

Direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək;

Göstəriş və tapşırıqlara müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;

Direktora lazım olan məlumatları şirkətin bölmələrindən, şöbələrindən onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, təhlil edərək məruzə etmək;                               

Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referatların hazırlanması, iştirakçıları iclasların tarixi, yeri və gündəliyi haqqında məılumatlandırmaq və s.) görmək;

Keçirilən iclas və müşavirələrin yekunları barədə Direktora yazılı və ya şifahi şəkildə məruzə etmək;

Qonaqların qarşılanması, istiqamətləndirilməsi;

Direktorun qərarlarının icrasına nəzarət etmək;

Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;

Namizədə dair tələblər:

Ali təhsil; 

Yaş həddi: 25/35-dək;

Əlaqəli sahədə 2 il və üzəri təcrübə; 

Səriştəli, nəticəyönümlü;

Təhlil etmə  və təqib etmə bacarığının olması;

Stresə qarşı müqavimət;

Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 

İş şəraiti:

Əmək haqqı: 600 AZN (müsahibə əsasında dəyişə bilər)

İş saatı: 11:00/20:00;

5 günlük iş həftəsi; 

Nahar yeməyi şirkət tərəfindən qarşılanır;

İş yeri: Bakı-Şamaxı şosesi, Hökməli 

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Direktor köməkçisi” qeyd edərək, öz CV-lərini   [email protected]    mail ünvanına göndərə bilərlər;

Əlaqə nömrəsi: 051 201 35 66 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]