İri şirkətə “Direktor köməkçisi” tələb olunur

Direktor/asistent


“STP-AH” MMC direktor köməkçisi vakansiyası elan edib.

Tələblər
– Ali təhsilli;
– Analoji sahədə 1-2 illik iş təcrübəsi;
– MS Office proqram bilikləri, (yüksək səviyyədə excel bilikləri)
– Ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;

İş haqqında
-Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
-Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
-Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
-Direktorun qonaqlarının qəbul edilməsi;
-Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
-Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
-Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
-Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
-Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
-İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
-Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
İş şəraiti:
– İş yeri: Sumqayıt şəhəri
– 5/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək ;
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;

Namizədlərdən CV-lərini mövzu yerinə “direktor köməkçisi” yazaraq  [email protected] ünvanına göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]