Sirab ASC direktor assistenti axtarır (Personal assistant)

İşəgötürən: Sirab ASC
Vakansiya: Direktor assistenti (Personal assistant)
Son tarix: 04 noyabr 2022
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Bakalavr;
-Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
-Dil bilikləri: Azərbaycan- Əla;
-Minimum təcrübəsi: 3 il (müvafiq sahə üzrə);
-Ehtiyac olduqda ezamiyyetə gedə bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
-Dəqiqlik və detallara diqqətlilik;
-Yazılı və şifahi ünsiyyətlilik;
-Məsuliyyətlilik;
-Operativlik;
-Komanda ilə işləmə bacarığı;
-Analitik düşünmə bacarığı
-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
-Zamanın düzgün idarə edilməsi bacarıqları;
-Planlaşdırma və problem həll etmə bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
-Rus və ya ingilis dili biliyi.
Vəzifə öhdəlikləri:
-Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
-Direktorun gündəliyinin tutulması;
-İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
-Keçiriləcək qəbulların və iclasların keçirilməsi üçün zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, iştirakçıların qəbulların və iclasların tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək;
-Email və telefon zənglərinin cavablandırılması;
-Lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və hesabat hazırlamaq;
-Səyahət və iş yeməkləri ilə bağlı yerlərin bron edilməsi;
-Vakansiyaya uyğun digər vəzifə öhdəlikllərinin yerinə yetirilməsi.
İş vaxtının norması:
-5 günlük iş rejimi;
-İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Əmək haqqı razılaşma əsasında;
-Yemək şirkət tərəfindən;
-Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A ( Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 )
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Direktor assistenti (Personal assistant)” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
15 saat, 53 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
16 saat, 5 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 41 dəq
- 17 saat, 52 dəq
- 1 gün, 9 saat, 7 dəq