BOA Agency portfelin monitorinqi və hesabat üzrə mütəxəssisi axtarır

İşəgötürən: BOA Agency
Vakansiya: Portfelin Monitorinqi və hesabat üzrə mütəxəssis
Son tarix: 11 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Gündəlik olaraq əməkdaşlarin portfellərinin yoxlanılmasi. Yeni işlərin elave edilməsi və çıxarılması.
-Ayin ilk günü yeni gələn əməkdaşlar üçün portfellərin hazırlanmasıvə təqdim edilməsi
-Prediktiv zənglərin qosulması.
-Gündəlik olaraq hesabatın hazırlanması və yekunda ay sonu yekun hesabatın rəhbərliyə təqdim edilməsi(hesabat-gündəlik gələn ödənişlərin hesablanması)
-Ümumi porfelin (BAZA) monitorinqi,səhvlərin aradan qaldırılması
-Problemli işlər üçün göndərilən maillərin yoxlanılması və cavablandırılması(collector və hüquqşünaslar tərəfindən gələn maillar)
-Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
-Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazırlıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
-Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
-Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işləri tərtib etmək, onların təhlükəsizliyini təmin etmək
-Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
Vakant vəzifə üzrə tələblər:
-Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı;
-Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)-Excell əla səviyyədə
-Kollektivdə işləmə qabiliyyəti olmalı
-Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
-Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)
Sizə nə təklif edirik?
-Əlverişli iş mühitində çalışmaq imkanı;
-Karyera və inkişaf perspektivləri.
-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
-Əmək müqaviləsi.
-Əmək haqqı: 400-500 AZN
-İş qrafiki-tam
-İstirahət günü-həftədə 2 gün
-İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D
Vakansiyalar
- 1 gün, 22 saat, 40 dəq
- 1 gün, 22 saat, 42 dəq
- 1 gün, 22 saat, 44 dəq
- 1 gün, 22 saat, 47 dəq
- 1 gün, 22 saat, 51 dəq