BOA Agency mühasib axtarır

Mühasib

muhasib7


İşəgötürən: BOA Agency

Vakansiya: Mühasib

Son tarix 01 oktyabr 2022

Öhdəliklər:

-Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;

-Vergi və mühasibat uçotunun aparılması;

-Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

-Debitor və kreditor hesablaşmalarının aparılması;

-Əmək haqqının, məzuniyyətin hesablanması;

-Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və.s.;

-İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;

-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;

-Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

-Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;

-Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

-Aylıq,rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Tələblər:

-Sahə üzrə ali təhsili;

-Sahə üzrə 3 il iş təcrübəsi;

-1C (8.3) proqramında işləmək bacarığı;

-Mühasibatlıqla bağlı yerli qanunvericilik, vergi məcəlləsi bilikləri.

-Kompüter bilikləri – MS office (Excel ela səviyyədə)

-ACCA üzrə sertifikatlar arzuolunandır

-Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər

-Rus dili

Sizə nə təklif edirik?

-Əlverişli iş mühitində çalışmaq imkanı;

-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;

-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;

-Əmək müqaviləsi.

-Əmək haqqı 1000-1500 Azn

-İş qrafiki-tam

-İstirahət günü-həftədə 2 gün

-İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]