Biznes proseslərinin idarəedilməsi departamentində analitik tələb olunur

İşəgötürən – Muğanbank
Əmək haqqı: 800-1000 AZN
Şəhər: Bakı
Əlaqədar şəxs: Ceyhun Süleymanov
Telefon: (012) 933, daxili 1219.
Vəzifəyə olan tələblər:
Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
Tələblərin izlənilməsi
Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
Biznes tələblərinə görə hesabatların hazırlanması
Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi
Maliyyə bazarının analizi
Müxtəlif analitik materialların hazırlanması
Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi
Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi
Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək
Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək
Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;
Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması
İş vaxtı – həftədə 5 gün, 09.00-dan 18.00-dək
Namizədə tələblər:
Yaş: 25 – 35
Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)
Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)
İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları
Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək
Bank biznes proseslərini anlamaq
Bazarın əsas oyunçularını tanımaq
Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)
Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı
Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları
Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi
Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)
Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)
Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)
Böyük məlumat bazasının təhlilin aparılması
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi
Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
Adaptasiya və sərbəst araşdırma qabiliyyəti
CV – lərinizi mövzunun başlığı alıtnda [email protected] adresinə göndərin
Vakansiyalar
- 2 gün, 17 saat, 53 dəq
- 2 gün, 17 saat, 55 dəq
- 2 gün, 17 saat, 57 dəq
- 2 gün, 17 saat, 59 dəq
- 2 gün, 18 saat, 1 dəq