Betta baş mühasib axtarır

Mühasib


İşəgötürən: Betta

Vakansiya: Baş Mühasib

Son tarix: 01 sentyabr 2022

Əsas vəzifə öhdəlikləri:

-Baş Mühasib Baş Direktora tabe olmalı və görülmüş işlər barədə onun qarşısında hesabat verməli.

-Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat hesabında düzgün əks etdirilməsini təmin etməli.

-Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etməli.   

-Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanması (Profit and loss statement, cash flow statement, balance sheet and etc)

-Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək, gündəlik bank qalığının yoxlanılmasına nəzarət etməli.

-Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməli.

-Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirməli.

-Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamalı, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etməli, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirməli.

-Aşkar olunan nöqsanları mümkün olduğu halda dərhal yerində həll etməyə çalışmalı.

-Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işləməli, Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların düzgünlüyünü yoxlamalı.

-Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi

-Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi

-Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması

-Əmək haqqının tabellər və digər qeydiyyat sənədləri ilə müqaisəsi və dəqiqliklə AR Əmək Məcəlləsinə uyğun hesablanması və köçürülməsi.

-Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli.

Namizədə tələblər:

-Ali təhsilli

-Dil bilikləri: Azərbaycan dili, İngilis dili

-Ən azı bu sahədə 3 il təcrübəsi olmalı

-Analitik düşüncəyə malik olmalı

-Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.

İş şəraiti:

-İş rejimi – 5 günlük (09:00-18:00)

-Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

-Əmək haqqı razılaşma əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslər öz CV formalarını ” Baş Mühasib ” başlığı ilə [email protected] email ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]