BESAN MMC hüquqşünas axtarır

İşəgötürən: BESAN MMC
Vakansiya: Hüquqşünas
Son tarix: 13 iyun 2022
İş barədə məlumat:
-Müqavilələrin hazırlanması;
-Hüquqi sənədlərin tərtib edilməsi;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərin tərtib edilməsi və Şirkətə daxil olan məktub və ərizələrə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
-Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
-Tenderlə bağlı iştirak məktubunun və tender təklifinin tərtibatı;
-Keyfiyyəti idarə etmə sistemi üzrə sənədlərin yoxlanılması.
Əmək haqqı razılaşma əsasında
İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən qarşılanır
Xanım namizədlərə üstünlük veriləcək
Tələblər:
-Ali hüquq təhsili;
-Yaş həddi 20-25;
-Təcrübə tələb olunmur
-Azərbaycan dilində səlis, mükəmməl şifahi və yazılı nitq;
-İngilis dilli biliyi (Intermediate level) zəruridir, Rus dili arzuolunandır;
-MS Office proqramlarından istifadə etmək bacarığı;
-Məsuliyyətli, ünsiyyətcil, komandada işləmə bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 8 saat, 17 dəq
- 8 saat, 19 dəq
- 8 saat, 21 dəq
- 8 saat, 22 dəq
- 8 saat, 25 dəq