Başak Group logistika üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Başak Group

Vakansiya: Logistika üzrə mütəxəssis

Son tarix: 07 iyul 2022

Namizədə aid tələblər:

-Ali təhsil,

-Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,

-Təcrübə: Sahə üzrə ən az 2 il,

-Komanda ilə işləmək və ünsiyyət bacarığı,

-Punktual,

– Analitik düşüncə,

-Təqdimat bacarığı,

-Rus dili, ingilis dili əla səviyyədə,

-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).

Vəzifə öhdəlikləri:

-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması

-Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi

-Nəqliyyatın planlaşdırılması və sifarişi

-İdxal və İxrac əməliyyatlarına nəzarət

-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması

-Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi

-İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması

-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq

-Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması

-Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması

-Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

İş qrafiki:

-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,

-Nahar şirkət tərəfindən verilir,

-Korporativ nömrə (korporativ paket),

-Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),

-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]