Başak Group logistika üzrə mütəxəssis axtarır
![](https://avand.marja.az/wp-content/uploads/2022/08/basak-group.jpg)
İşəgötürən: Başak Group
Vakansiya: Logistika üzrə mütəxəssis
Son tarix: 02 sentyabr 2022
Namizədə aid tələblər:
-Ali təhsil,
-Logistiika, satış, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər,
-Təcrübə: Sahə üzrə ən az 2 il,
-Komanda ilə işləmək və ünsiyyət bacarığı,
-Punktual,
-Analitik düşüncə,
-Təqdimat bacarığı,
-Rus dili, ingilis dili əla səviyyədə,
-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.).
Vəzifə öhdəlikləri:
-Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
-Nəqliyyatın planlaşdırılması və sifarişi
-İdxal və İxrac əməliyyatlarına nəzarət
-Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
-İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
-Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
-Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
-Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş günü,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: 800-1000 AZN + Bonus (KPİ),
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 1 gün, 17 saat, 36 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 18 saat, 31 dəq
- 6 ay, 3 gün, 20 saat, 24 dəq
- 9 ay, 1 həftə, 1 gün, 15 saat, 9 dəq
-
9 ay, 2 həftə, 6 gün, 10 saat, 40 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır