Baş “Mühasib” tələb olunur

” VMF ” COMPANY – Baş Mühasib vakansiyası elan edib .
İş barədə məlumat:
– Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək ;
– Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi ;
– Kargüzarlıq qaydalarına əsasən şöbə əməkdaşları tərəfindən proseslərin yerinə yetirilməsinə nəzarət edilməsi ;
– Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək ;
– Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək ;
– Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi ;
– Bəyannamələrin hazırlanması və təqdim edilməsi ;
– Əsas vəsaitlərin, azqiymətlilərin uçotu və amortizasiyası ;
– Aylıq əmək haqqı hesablanması ;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
– Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi ;
– Əmək haqqı : 1600 azn GROSS olacaq ;
– İş rejimi : 6 günlük saat 09:00-18:00 qədər .
Namizədə tələblər :
– Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil ;
– Müvafiq sahə üzrə minimum 2 il təcrübəsi ;
– Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
– Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək ;
– 1C 8.3 mühasibat proqramında işləmək bacarığı ;
-Azərbaycan dili – mükəmməl bilməlidir.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi [email protected] ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .
Vakansiyalar
-
2 gün, 9 saat, 58 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 57 dəq
-
2 gün, 12 saat, 58 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 13 saat, 1 dəq
- 2 gün, 13 saat, 3 dəq