Banka “Ödəniş kartları üzrə baş mütəxəssis” tələb olunur

“AFB Bank” ASC Ödəniş kartları üzrə baş mütəxəssis vakansiyasını elan edib
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
-MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
-Sahə üzrə sertifikatların olması üstünlükdür;
Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.
İŞİN TƏSVİRİ:
-Yeni layihələr üzrə ilə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
-Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
-Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
-VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
-VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
-Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
-Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
-Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
-Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
-Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
-İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
-Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Vakansiyalar
- 2 gün, 17 saat, 54 dəq
- 2 gün, 17 saat, 56 dəq
- 2 gün, 17 saat, 58 dəq
- 2 gün, 18 saat
- 2 gün, 18 saat, 2 dəq