Banka Kart və POS ödəniş sistemləri üzrə baş mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Yapı Kredi Bank Azərbaycan

Müddət: 2022-02-01 – 2022-03-01

Şəhər: Bakı

Vəzifə öhdəlikləri:

Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;

Elektron ticarət (eCommerce) xidmətinin tədbiqi, inkişafı;

Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;

Bankın əməkdaşlıq etdiyi yerli ödəniş sistemi ilə (Millikart) əməkdaşlığın aparılması, inkişafı;

Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;

Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;

Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;

VTS və MDES xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;

Tələb olunduğu halda Apple Pay və Android Pay xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;

Tələb olunduğu halda Visa Direct, MasterCard Moneysend və digər olan layihələrin  aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;

Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;

Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;

 Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı.

Namizədə tələblər:

Ali təhsil;

Bank sahəsində minimum 3 il təcrübə;

Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;

Ödəniş sistemləri (Visa, Mastercard, Azericard, Millikart) ilə iş təcrübəsi;

eCommerce, VTS, MDES xidmətlərinin tədbiqində praktikanın olması;

Biznes yönümlü;

Analitik düçüncə;

Problemləri həll etmək bacarığı;

Yeni kart məhsullunun end to end yaradılması bacarığı;

Komandada işləmək və idarəçilik bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Kart və POS ödəniş sistemləri üzrə baş mütəxəssis” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]