“Bank Respublika”da yeni vakansiya
“Bank Respublika” Layihələrin İdarə Edilməsi Departamentində mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edib.
Ümumi vəzifə öhdəlikləri:
-Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində -LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
-Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
-Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun -üzvü və ya layihə meneceri kimi iştirak etmək;
-Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
-Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
-Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
-Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
15.11.2022 tarixinədək CV formanızı [email protected] ünvanına vakansiyanın adını qeyd edərək göndər və komandamızın bir üzvü olmaq şansı əldə et!
Vakansiyalar
-
2 ay, 2 həftə, 11 saat, 39 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 34 dəq
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 27 dəq
- 10 ay, 3 həftə, 1 gün, 9 saat, 12 dəq
-
11 ay, 3 gün, 4 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır