“Bank Respublika” korporativ bankçılıq üzrə mütəxəssis axtarır (Qazax, Şabran)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Korporativ bankçılıq üzrə mütəxəssis (Qazax, Şabran)
Son tarix: 27 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-Bankın korporativ müştərilərinə xidmət etmək;
-Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-Dil bilikləri: Azərbaycan dili (əla);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində müvafiq olaraq aşağıdakıları qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər:
-Korporativ bankçılıq üzrə mütəxəssis (Qazax)
-Korporativ bankçılıq üzrə mütəxəssis (Şabran)
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 23 saat, 4 dəq
- 1 gün, 23 saat, 6 dəq
- 1 gün, 23 saat, 8 dəq
- 1 gün, 23 saat, 11 dəq
- 1 gün, 23 saat, 15 dəq