“Bank Respublika” əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi axtarır
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
Son tarix: 26 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
-Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
-Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
-Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
-Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
-Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
-Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
-Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
-Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
-Ali iqtisadi təhsil;
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
-Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
-MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
-Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
-Təşəbbüskarlıq və novatorluq;
-Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 saat, 7 dəq
Leading Online Online Casinos That Accept Mastercard Deposits: A Comprehensive Guide
- 1 saat, 59 dəq
-
21 saat, 25 dəq
Etyczne dylematy wynikające z wykorzystaniem AI w wirtualnych kasynach
-
22 saat, 9 dəq
A amunra kaszino amunra casino banki lehetőségekről és kifizetésekről szóló kimerítő oktatóanyag
-
22 saat, 11 dəq
No Wagering Gambling Establishment: A Guide to Gambling Without Limitations