Bank Respublika ASC monitorinq şöbəsinin mütəxəssis axtarır

Mütəxəssis

bank respublika


İşəgötürən: Bank Respublika ASC

Vakansiya: Monitorinq şöbəsinin mütəxəssisi

Son tarix: 10 iyun 2023

Ümumi vəzifə öhdəlikləri:

-Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;

-Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək; 

-Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;

-Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizədə qarşı tələblər:

-Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə); 

-Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;

-Təcrübə: Bankda kreditlərin monitorinqi istiqamətində minimum 1 il və ya biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi; 

-Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;

-MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;

-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

-Analitik düşünmə qabiliyyəti; 

-Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Monitorinq şöbəsinin mütəxəssisi qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]