Bank Respublika ASC kredit üzrə arxa ofis mütəxəssisi axtarır (Azneft filialı)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kredit üzrə arxa ofis mütəxəssisi (Azneft filialı)
Son tarix: 22 iyul 2022
Ümumi vəzifə öhdəlikləri:
-Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
-Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
-Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
-Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
-Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Azərbaycan dili əla (yazılı və şifahi);
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
-Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Azneft filialı) qeyd etməklə 21 iyul 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Vakansiyalar
- 14 saat, 39 dəq
- 1 gün, 15 saat, 34 dəq
- 1 gün, 15 saat, 48 dəq
- 2 gün, 10 saat, 11 dəq
- 2 gün, 10 saat, 16 dəq