Bank Respublika ASC korporativ bankçılıq üzrə mütəxəssis axtarır (Zaqatala)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Korporativ bankçılıq üzrə mütəxəssis (Zaqatala)
Son tarix: 15 noyabr 2022
Ümumi vəzifə öhdəlikləri:
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-Bankın korporativ müştərilərinə xidmət etmək;
-Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-Dil bilikləri: Azərbaycan dili (əla);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 noyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Zaqatala) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 saat, 33 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 8 saat, 50 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 14 saat, 39 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 13 saat, 31 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 14 saat, 5 dəq