Bank Respublika ASC korporativ bankçılıq üzrə mütəxəssis axtarır (Bakı filialları)

İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Korporativ bankçılıq üzrə mütəxəssis (Bakı filialları)
Son tarix: 06 may 2022
Ümumi vəzifə öhdəlikləri:
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-Bankın korporativ müştərilərinə xidmət etmək;
-Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Aidiyyəti sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
-Dil bilikləri: Azərbaycan dili (əla);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 may 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Bakı) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 5 saat, 49 dəq
- 4 gün, 9 saat, 51 dəq
- 4 gün, 15 saat, 32 dəq
- 4 gün, 15 saat, 36 dəq
- 4 gün, 15 saat, 42 dəq