Bank Respublika ASC korporativ bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis axtarır (Bakı filialları)
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Korporativ bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı filialları)
Son tarix: 26 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
-Bankın korporativ müştərilərinə xidmət etmək;
-Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
-Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
-Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
-Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
-Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
-Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
-Dil bilikləri: Azərbaycan dili (əla);
-MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
-Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis (Bakı) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 həftə, 20 saat, 59 dəq
- 2 həftə, 2 gün, 1 saat, 24 dəq
- 1 ay, 1 həftə, 5 gün, 10 saat, 32 dəq
- 1 ay, 1 həftə, 5 gün, 14 saat, 34 dəq
-
1 ay, 1 həftə, 5 gün, 14 saat, 35 dəq
In diretta casino: funzionamento, sicurezza e possibilità di guadagno sul web