Bank of Baku korporativ kreditlərin təhlili bölməsinə aparıcı ekspert axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: Korporativ kreditlərin təhlili bölməsinin aparıcı eksperti
Son tarix: 14 may 2022
Tələblər
-Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
-Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı, (rus dili – yaxşı, üstünlükdür)
-MS Office proqramlarında sərbəst işləmək bacarığı
-Komanda halında işləyə bilmək və operativ olmaq
-Bank sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə və öhdəliklər:
-KOS və korporativ müştərilərin kreditləşməsinə dair təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədləri vaxtında və lazımi səviyyədə icra etmək
-Müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədilə KOS və korporativ müştərilərin biznes obyektlərinə baxış keçirilməsi
-KOS və korporativ layihələr üzrə maliyyə təhlilini aparmaq
-Kredit memorandumunu və müvafiq sənədlərin digər müşayiətedici materiallarını hazırlamaq
-Bankın KOS və korporativ müştəriləri ilə kredit əməliyyatlarının monitorinqi prosedurunu tənzimləyən Bankın daxili sənədlərinə uyğun olaraq monitorinqi aparmaq
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Korporativ kreditlərin təhlili bölməsinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
19 dəq
İri şirkətə “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” axtarılır
-
32 dəq
PMD Projects “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” axtarır
- 49 dəq
- 1 saat, 19 dəq
- 15 saat, 40 dəq