Bank of baku işçi axtarır (Bakı və region filialları)

Bank of Baku mikrokreditlər üzrə kiçik ekspert axtarışındadır.
Vəzifənin təsviri
Mikrokreditlər üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kiçik və orta sahibkarlar üçün kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər
Yeni müştərilərin axtarışı, onlarla birbaşa görüşlərin təşkili və kredit məhsullarının təklif edilməsi
Müştərilərin analizi – gəlir və xərclərinin, ödəmə qabiliyyətlərinin təhlil edilməsi
Yeni cəlb olunmuş və həmçinin mövcud müştəri bazası ilə daimi əlaqə yaradaraq yeni məhsulların təklif edilməsi
Kredit portfelinə nəzarət və idarə olunması
Tələblər
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı
Təşəbbüskar, aktiv və əzmkar olmalı
Bank sektorunda karyera qurmağa həvəsli olmalı
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmalı
İş yeri: Azneft filialı, Bakıxanov filialı, Əhmədli filialı, Həzi Aslanov filialı, Mərkəz filialı, Müştəri xidmətləri departamenti, Neftçilər filialı, Nəsimi filialı, Səməd Vurğun filialı, Xırdalan filialı, Lənkəran filialı, Şəki filialı, Şirvan filialı.
İş vaxtı: 5 iş günü, 09:00-18:00
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər Bank of Baku -nun portalına daxil olub “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Mikrokreditlər üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 5 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 36 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 34 dəq
- 2 ay, 3 gün, 3 saat, 24 dəq
- 2 ay, 3 gün, 3 saat, 27 dəq