Bank of Baku daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti
Son tarix: 11 iyun 2022
Tələblər:
-Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
-Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı, (rus dili – yaxşı, üstünlükdür)
-Kompüter bilikləri: MS Word, MS Excel – Yaxşı
-Komanda halında işləyə bilmək və operativ olmaq
-Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Əsas vəzifə və öhdəliklər:
-Rəhbərliyin sərəncamına / Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi
-Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi, eləcə də kredit layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi
-Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması
-Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması
İş yeri: İnzibati Mərkəz
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn Buraya CV formamızı doldura və ya CV-ləri subject bölməsində Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 15 saat, 32 dəq
- 2 gün, 21 saat, 13 dəq
- 2 gün, 21 saat, 17 dəq
- 2 gün, 21 saat, 23 dəq
- 3 gün, 20 saat, 39 dəq