Bank “ADK və Rəqəmsal Dəstək Şöbəsinin mütəxəssisi” axtarır
“Azərbaycan Sənaye Bank” ASC ADK(Alternativ Dağıtım Kanalları) və Rəqəmsal Dəstək Şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
Tələblər:
– Ali təhsil (Kompyuter Mühəndisliği, Tətbiqi Riyaziyyat, Riyaziyyat, Proqramlaşdırma);
– Analitik düşünmə, iş planlama, problemə həll yönümlü yanaşma qabiliyyətləri;
– Stress altında işləmə bacarığı;
– MS SQL bilikləri (üstünlük verilir);
– İngilis dili bilikləri (üstünlük verilir);
– Biznes Analitika sahəsində təcrübə (Sertifikatı olanlara üstünlük verilir);
– Komandada işləmə bacarığı;
– Sistemin inkişafı, Rəqəmsal Transformasiya, Rəqəmsal Həllər və ya Bank işi üzrə ən azı 1 il iş təcrübəsi.
– Fərdi və komanda ilə işləmək bacarığı olmalı.
Vəzifələri:
– Core Banking, Proseslərə Dəstək Proqramları, İnternet ve Mobil Bankçılıq Tətbiqləri ilə bağlı daxili və xarici müştərilərin problemlərinin araşdırılması, təqib edilməsi və həlli;
– Biznes Analitik vəzifəsini icra edərək proqram təminatları üçün həyata keçirilən inkişaf layihələrində aktiv iştirak etmək;
– Bankda işlərin avtomatlaşmasının təşkil edilməsi məqsədi ilə yeni program modullarının yazılmasını rəhbərliyə təklif etmək ;
– Core Banking Sisteminin (CBS), İnternet ve Mobil Bankçılıq Tətbiqlərinin, Proseslərə Dəstək Proqramlarının inkişafına dəstək olacaq təkliflər vermək;
– Rəqəmsal Bankçılıq – Rəqəmsal Həllər layihələri üzrə araşdırmalar aparmaq və bu barədə təkliflər vermək;
– Layihələr üzrə yarana biləcək nöqsan və çatışmazlıqları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər planını hazırlayaraq təklif etmək;
– Biznesin inkişafı, dizayn ve texniki komanda ilə lazımı əlaqəni qurmaq.
Əlavə məlumat:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər; Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ADK və Rəqəmsal Dəstək Şöbəsinin mütəxəssisi” göstərməyiniz xahiş olunur;
Vakansiyalar
-
1 gün, 22 saat, 50 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 23 saat, 46 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 20 saat, 28 dəq
- 3 gün, 20 saat, 31 dəq
- 3 gün, 21 saat, 7 dəq