“Baku Bus” şirkətinə Baş mühasib tələb olunur
Baku Bus
Baş mühasib
Son tarix 25 dek 2022
Öhdəliklər:
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin olunmasına nəzarət,
– İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət olunması
– Daxil olan pul vəsaitlərinin, hesablanmış xərc və gəlir maddələrinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin olunması – Əmək haqqı və ona bərabər ödənişlərin zamanında hesablanmasına nəzarət
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət), DSMF və statistika hesabatlarının hazırlanması və təqdim olunması
– Mütəmadi debitor və kreditorlarla qarşılıqlı üzləşmənin həyata keçirilməsi
– Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və buna nəzarət olunması
– Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılması
– Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət olunması
– Aylıq, rüblük və illik əsasda maliyyə hesabatlarının hazırlanması məqsədi ilə uçot məlumatlarının mövcudluğunu təmin etmək
– Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsi və mühasibat şöbəsinin işinə nəzarət olunması
Tələblər:
– İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
– Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
– Mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi
– MS Office proqramları ilə yüksək səviyyədə iş bacarığı
– 1C ( 8.3), BTP
– Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik
– Mühasibat uçotu üzrə sertifikatlara üstünlük verilir (ACCA F3,səviyyəsi və PMS)
İş şəraiti:
– İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
– İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
– Professional və maddi artım üçün perspektiv
– Əmək haqqı 2000 manat (net)
– Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 13 saat, 53 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 14 saat, 48 dəq
- 7 ay, 2 həftə, 5 gün, 16 saat, 41 dəq
- 10 ay, 3 həftə, 3 gün, 11 saat, 26 dəq
-
11 ay, 5 gün, 6 saat, 57 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır