Bakcell satış və xidmətlər üzrə mütəxəssis axtarır (Gəncə)
İşəgötürən: Bakcell
Vakansiya: ’Satış və xidmətlər üzrə mütəxəssis (Gəncə)
Son tarix: 06 sentyabr 2022
Yalnız Gəncə şəhərində yaşayan namizədlər nəzərə alınacaqdır
Vakansiya haqqında:
Funksiya: B2C satış
İş qrafiki: Növbəli
İş yeri: Gəncə şəhəri
Son müraciət tarixi: 05.09.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Fərdi və korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək
-Daxil olan bütün müştəri sorğularını araşdırmaq və onları müvafiq prosedurlara uyğun cavablandırmaq
-Müştərilər üçün satış əməliyyatlarını yerinə yetirmək
-Müştərilərdən daxil olan müraciət və şikayətləri həll etmək
-Əlavə məhsul və xidmətlərin satışını həyata keçirmək
-Təyin olunmuş satış planlarına əsasən rüblük satış hədəflərini yerinə yetirmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Ali və ya peşə məktəbi/orta ixtisas təhsili
-Müştəri xidmətləri və satış sahəsində ən azı 1 il iş təcrübəsi üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Ünsiyyət qurma bacarığı
-Müştəri yönümlülük
-Nəticə Yönümlülük
-Komanda işi və əməkdaşlıq etmə bacarığı
-MS Office proqramlarını bilmək
-Azərbaycan (səlis) və Rus (səlis) dillərini bilmək
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘’Satış və xidmətlər üzrə mütəxəssis (Gəncə)’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 gün, 7 saat, 35 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 8 saat, 9 dəq
- 2 gün, 2 saat, 15 dəq
- 2 gün, 21 saat, 29 dəq
- 3 gün, 13 saat, 14 dəq