Bakcell B2C məhsullarının idarəedilməsi üzrə aparıcı mütəxəssis axtarır

Mütəxəssis

bakcell


İşəgötürən: Bakcell

Vakansiya: B2C Məhsullarının idarəedilməsi üzrə aparıcı mütəxəssis

Son tarix: 23 avqust 2022

Vakansiya haqqında:

Funksiya: Marketinq
İş qrafiki: Standart
Son müraciət tarixi: 22.08.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

-Gəlir hədəfinə nail olmaq üçün kütləvi bazar seqmentinin idarə olunması, mövcud və yeni abunəçilər üçün müxtəlif təkliflərin hazırlamaq;

-Kütləvi seqmentin iş axınına nəzarət etmək və hədəflərin yerinə yetirilməsinə cavabdeh olmaq;

-Məhsul planına cavabdeh olmaq;

-Ölkədaxili və Ölkəxarici internet və danışıq əsaslı tarif portfeli idarə etmək;

-Marketinq məqsədlərinə çatmaq üçün yeni məhsullar və kampaniyalar hazırlamaq və həyata keçirmək, Biznes işinin hazırlanması və satışdan sonrakı təhlilə qədər bütün  məhsulun bazara daxil olma müddətini izləmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

-Ali təhsil (İqtisadi vəya İT üzrə ali təhsilə üstünlük verilir)

-Məhsul Marketinqi, Məhsulların İnkişaf etdirilməsi və ya Biznesin İdarəedilməsi üzrə 2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində iş təcrübəsi üstünlük hesab edilir)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

-Analitika qabiliyyəti;

-Yaradıcı düşünmə;

-Mükəmməl Power Point və Excel biliyi;

-BI alətləri ilə təcrübə üstünlükdür;

-Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur)

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda “B2C Məhsullarının idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]