“Aztelekom”a operator tələb olunur
“Aztelekom” korporativ müştərilər üçün çağrı mərkəzinə operator vakansiyasını elan edib.
Kvalifikasiya üzrə tələblər:
– Ali təhsil
-Müstəri xidmətləri sahəsində azı 2 il stajına malik olmalıdır
– Azərbaycan dilini mükəmməl bilməlidır , əlavə olaraq (rus, ingilis və s.) digər dillərin bilməsi arzuolunandır
-Peşəkar ünsiyyət psixologiyasını bilməlidir
-Müştərini diqqət mərkəzində saxlamalıdır
-Müştəri xidmətlərinə aid olan sənədlərini tərtib etmə bacarağına malik olmalıdır
– Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir
Vəzifə öhdəlikləri
– Korporativ müştərilərə dəstək üzrə təmsilçi fəaliyyətini “Satış və Xidmət” prosesi, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparır
– Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni ( öz sahasinə aid) qaydaların, prosesslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir
– Korporativ müştərilərə dəstək üzrə təmsilçinin əsas öhdəliyi korporativ müştərilərə telefon vasitəsi ilə və ya üz- üzə görüşərək müvafiq standartlara uyğun xidmət verməkdən ibarətdir
– Mövcud müştərilərə yeni xidmət və məhsulların təklif edir və satır
– Müştəri axınının qarşısını almaq üçün təkliflər irəli sürür
– Borclu abunəçilər ilə əlaqə saxlayır və bunun ila bağlı hesabat təqdim edir
-Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir
– Departamentin digər struktur bölmələr ilə qarşılıqlı fəaliyyət göstərir
– Birbaşa rəhbərin yazılı və şifahi tapsırıqlarını yerinə yetirir
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ müştərilər üçün çağrı mərkəzinə mütəxəssis” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
1 gün, 16 saat, 4 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 17 saat
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 13 saat, 42 dəq
- 3 gün, 13 saat, 45 dəq
- 3 gün, 14 saat, 21 dəq