Aztelekom korporativ tənzimləmə üzrə hüquqşünas axtarır
İşəgötürən: Aztelekom
Vakansiya: Korporativ tənzimləmə üzrə hüquqşünas
Son tarix: 25 avqust 2022
Əsas vəzifə və öhdəlikləri:
-Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını hazırlamaq, zəruri dəyişiklikləri etmək;
-Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
-Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
-Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Kvalifikasiya üzrə tələblər:
-Ali hüquq təhsilli;
-Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
-Mülki, Vergi, Gömrük Məcəllələri, Əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
-Peşəkar ünsiyyət psixologiyasını bilmək;
-Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
-Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
-Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
-Analitik düşünmə qabiliyyəti;
-Komandada işləmək bacarığı;
-İşgüzar və hüquqi yazışma bacarığı;
-İşin Planlaşdırma bacarığı;
-Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
-Yaradıcı və təşəbbüskar olmaq;
-MS Office proqramlarını mükəmməl bilmək.
İş haqqında məlumat:
-Ezamiyyə imkanları (zəruri hallarda)
-5 günlük iş rejimi (bazar ertəsi – cümə)
-iş vaxtı: 09:00 – 18:00
-iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ tənzimləmə üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 6 saat, 38 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 30 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 4 dəq
- 5 gün, 10 dəq
- 5 gün, 19 saat, 24 dəq