Aztech and Tegeta Motors insan resursları üzrə menecer / direktor assistenti axtarır

İşəgötürən: Aztech and Tegeta Motors
Vakansiya: İnsan Resursları üzrə menecer / Direktor assistenti
Son tarix: 29 sentyabr 2022
Namizədə tələblər:
-Ali təhsil,
-Cins: Qadın
-Müvafiq sahə üzrə minimum 3 il təcrübə
-Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
-Elektron Hökümət Portalları ilə (EMAS, e-gov; e-sosial; İSB) işləmə bacarığı
-Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
-Operativ və düzgün qərar vermək bacarığı;
-Problemləri həll etmə bacarığı;
-Rus və Azərbaycan dilləri yüksək səvviyədə yazılı və şifahi ünsiyyət bacarığı
-İngilis dili arzu olunardır;
İşin Məzmunu:
-Şəxsi işin hazırlanması üçün tələb olunan sənədlərin toplanılması;
-Paket sənədləri hazırlayıb və qəbul olmuş işçilərə imzlatadırılması;
-Elektron hökumət portalında (EMAS) əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi;
-İşə qəbul haqda əmrin hazırlanması;
-Müvafiq qeydiyyat kitablarında və ya kompüterdə – əmək müqavilələrin və əmrlərin qeydiyyatını aparmaq;
-Əmək kitabçalarının yazılması və müvafiq jurnalda qeydiyyatların aparılması;
-İSB elektron portalında zəruri əməliyatların vaxtında icra olunması;
-Əmək haqqı kartlarının sifariş verilməsi və əməkdaşlara təslim olunması;
-Aylıq iş vaxtının uçot tabellərini hazırlayaraq mühasibatlığa təhvil verilməsi;
-Digər əmrlərin tərtibatı və rəsmiləşdirilməsi (işdən azad, ezamiyyət, məzuniyyət, tənbeh, başqa vəzifəyə keçirmə);
-İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir.
-İşçilər barədə məlumat bazasının yaradılması, yenilənməsi və dəyişikliklərin daxil edilməsi;
-İşçilərin davamiyyətini gündəlik nəzarət etmək və şöbə müdirinə və rəhbərliyə davamiyyət haqda məlumat vermək;
-Vakansiyaların yerləşdirilməsi, kadrların seçilməsi və yerləşdirilməsi;
-Şəxsi işlərin arxivləşdirilməsini aparır.
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.
-Qeyd edilən bütün əməliyyatlar iki şirkət üzrə aparılır;
İş şəraiti:
-İş vaxtı: Həftə içi 1-5 gün 09:30–dan 17:30 dək;
-(nahar vaxtı 13:00 – 14:00)
-AR qanunvericiliyinə əsasən sənədləşmə
-Nahar şirkət tərəfindən verilir
-Əmək haqqı: NET 1477 AZN
-Şamaxinka və avtovağzal ərazisindən servis mövcuddur
-Korporativ nömrə
-Ünvan: Qaradağ rayonu, Səlyan şossesi 12 ci km, Şinkar holding,
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 41 dəq
- 6 saat, 46 dəq
- 6 saat, 49 dəq
- 6 saat, 53 dəq
- 7 saat